Broker xidməti yükün ixrac və idxal rejimində rəsmiləşdirilməsi, yüklərin Azərbaycan Respublikasının ərazisində sərbəst dövriyyəyə buraxılması üçün bütün sənədləşmə proseslərinin aparılmasını əhatə edir. Bütün gömrük rəsmiləşdirilmələrinin həyata keçirilməsini bizə həvalə edə bilərsiniz.
Broker xidmətinə aşağıdakılar daxildir
- ✅Gömrük rəsmiləşdirilməsi
- ✅Gömrük bəyannaməsinin tərtibi
- ✅Qısa idxal bəyannaməsinin tərtibi
- ✅Müqavilələrin hazırlanması
- ✅İdxal və ixrac üzrə broker xidməti
Sənədləşmə prosesində yol verilən hər bir səhv yükün gömrükdə gecikməsinə və əlavə xərclərə səbəb olur. Təcrübəli broker komandamız sənədləri əvvəlcədən yoxlayır, rüsum və vergiləri dəqiq hesablayır və prosesin fasiləsiz davam etməsini təmin edir.