Haqqında


MM Logistics and Shipping LLC logistika və beynəlxalq yükdaşıma sahəsində 10 ildən artıq təcrübəyə malik peşəkar şirkətdir. Məqsədimiz yükləri təhlükəsiz, operativ və optimal marşrutlarla təyinat nöqtəsinə çatdırmaq, logistika prosesini müştərilərimiz üçün rahat və şəffaf etməkdir.

Şirkətimiz IATA üzvü olaraq beynəlxalq hava yükdaşıma standartlarına uyğun fəaliyyət göstərir və qlobal logistika şəbəkəsinə çıxış imkanları təqdim edir.

Yükün qəbulundan marşrutun planlaşdırılmasına, nəqliyyat növünün seçilməsindən sənədləşmə və gömrük prosedurlarına, son təhvilə qədər bütün mərhələləri peşəkar şəkildə koordinasiya edirik.

Hava, dəniz, avtomobil və multimodal daşımalar üzrə yükün xüsusiyyətinə, çatdırılma müddətinə və müştərinin tələblərinə uyğun səmərəli logistika həlləri hazırlayırıq.

Müasir texnologiyalar və beynəlxalq logistika təcrübəsindən istifadə edərək operativ koordinasiya, risklərin əvvəlcədən qiymətləndirilməsi və çevik həllər təmin edirik.

Etibarlılıq, təhlükəsizlik, operativlik və şəffaflıq fəaliyyətimizin əsas prinsipləridir. Xidmətlərimizi daim inkişaf etdirərək müştərilərimizin dəyişən logistika ehtiyaclarına uyğun yeni həllər təqdim edirik.

Liman, konteyner terminalı və yük təyyarəsi

Fəaliyyət Sahələri

Yerüstü daşımalar — Quru yolu ilə regional və beynəlxalq yük daşınması.

Hava yolu daşımaları — ABŞ, Avropa və Asiya istiqamətində sürətli və etibarlı yük daşınması.

Dəniz yolu daşımaları — Beynəlxalq dəniz yükdaşıması xidmətləri.

Dəmir yolu daşımaları — Alternativ, iqtisadi və ekoloji cəhətdən səmərəli dəmir yolu daşımaları.

Anbar xidməti — Yüklərin saxlanması, idarə olunması və paylanması üçün müasir anbar həlləri.

Gömrük xidmətləri — Tam gömrük təmsilçiliyi və broker xidmətləri.

Qruppaj servis — Kiçik yüklərin birləşdirilərək eyni nəqliyyat vasitəsi ilə daşınmasıdır.

Üstünlüklər

IATA CARGO Agenti — Azərbaycanda IATA tərəfindən tanınan ilk və yeganə CARGO Agenti. IATA Code: 61370040001

FIATA üzvü — Beynəlxalq logistika şəbəkəsinə inteqrasiya.

24/7 müştəri dəstəyi — Hər zaman sizinləyik!

Xüsusi logistika həlləri — Şəxsi və kommersiya yükləri üçün fərdi yanaşma.

WCA üzvü — 197 ölkədə 12.834 tərəfdaşla qlobal əhatə.

il təcrübə
dəstək
197 ölkədə qlobal əhatə