Dünyanın hər nöqtəsinə daşınma

Sərhədləri aşan
logistika həlləri

Hava, dəniz, quru və dəmir yolu ilə beynəlxalq yükdaşıma və kompleks logistika həlləri

Təyyarə, konteyner gəmisi, yük maşını və qatar

IATA-nın üzvü

Beynəlxalq hava yükdaşımalarında qlobal standartlara uyğun xidmət və peşəkar logistika həlləri.

IATA haqqında ətraflı

170+

Ölkəyə yükdaşıma

Geniş qlobal şəbəkə ilə yükünüzü dünyaya çatdırırıq.

24/7

Logistika dəstəyi

Hər zaman yanınızdayıq, hər addımda dəstək.

100%

Müştəriyə bağlılıq

Etibarlılıq, şəffaflıq və müştəri məmnuniyyəti.

Niyə MM Logistics & Shipping?


Yükünüz bizə əmanətdirsə,
yolun hər mərhələsi nəzarətimizdədir.

10+ İL TƏCRÜBƏ

Beynəlxalq logistika və yükdaşıma sahəsində formalaşmış peşəkar təcrübə.

IATA AKKREDİTASİYASI

Azərbaycanın ilk və yeganə IATA akkreditasiyalı Cargo Agenti.

QLOBAL ŞƏBƏKƏ

FIATA və WCA üzvlüyü ilə beynəlxalq logistika şəbəkəsinə çıxış.

TAM LOGİSTİK HƏLL

Hava, dəniz, quru, dəmir yolu, anbar və gömrük xidmətləri bir tərəfdaşdan.

ISO 9001 ISO 14001:2015 ISO 45001:2018
Silk Way yük təyyarəsi

Blog


Beynəlxalq yükdaşıma necə həyata keçirilir?

Beynəlxalq yükdaşıma necə həyata keçirilir?

Beynəlxalq yükdaşıma sadəcə bir yükün bir ölkədən digərinə göndərilməsi deyil. Yükün qəbulundan marşrutun müəyyənləşdirilməsinə, sənədləşmədən gömrük rəsmiləşdirilməsinə və son təhvilə qədər bir neçə mərhələnin düzgün idarə olunması tələb olunur. Doğru logistika tərəfdaşı isə bu prosesi daha sürətli, təhlükəsiz və səmərəli şəkildə təşkil edir.

Dünyanın istənilən nöqtəsi artıq uzaq deyil

Dünyanın istənilən nöqtəsi artıq uzaq deyil

Dünya biznes üçün sərhədlərini genişləndirdikcə logistika da bu sərhədləri aradan qaldırmalıdır. Bu gün bir məhsulun Asiyadan Avropaya, Avropadan Azərbaycana və ya Azərbaycandan dünyanın başqa bir nöqtəsinə çatdırılması artıq yalnız məsafə məsələsi deyil — düzgün logistika həllinin seçimidir.

Quru yolu ilə yükdaşımanın üstünlükləri

Quru yolu ilə yükdaşımanın üstünlükləri

Quru yolu ilə yükdaşıma yerli və beynəlxalq logistika proseslərində ən çox istifadə olunan daşınma üsullarından biridir. Avtomobil nəqliyyatı ilə yükün birbaşa götürülmə məntəqəsindən təyinat ünvanına çatdırılması, çevik marşrut seçimi və müxtəlif yük növlərinə uyğun nəqliyyat vasitələrinin mövcudluğu bu daşınma növünü bizneslər üçün əlverişli seçimə çevirir.

Tez-tez verilən suallar


ABŞ, Avropa, Asiya, Yaxın Şərq və MDB ölkələri daxil olmaqla dünyanın 170-dən çox ölkəsinə hava, dəniz, quru və dəmir yolu ilə yükdaşıma təşkil edirik. FIATA və WCA üzvlüyümüz sayəsində 197 ölkədə tərəfdaş şəbəkəmiz mövcuddur.

Kommersiya və sənaye yükləri, e-ticarət məhsulları, avadanlıq, tikinti materialları, temperatur nəzarətli və iriölçülü yüklər — hər yük növü üçün onun xüsusiyyətinə uyğun nəqliyyat vasitəsi və marşrut seçirik.

Müddət nəqliyyat növündən və istiqamətdən asılıdır. Hava yolu ilə ABŞ, Avropa və Asiyadan yüklər əsasən 3–5 iş günü ərzində çatdırılır; dəniz, quru və dəmir yolu daşımalarında müddət marşruta uyğun olaraq əvvəlcədən dəqiqləşdirilir.

Yükün növü, çəkisi, həcmi və ölçüləri, göndərmə və təyinat ünvanı, istənilən çatdırılma müddəti və varsa xüsusi daşınma şərtləri. Bu məlumatlarla sizə ən optimal marşrutu və qiymət təklifini hazırlayırıq.

Bəli. Şirkətimiz Azərbaycanda IATA tərəfindən tanınan ilk və yeganə CARGO Agentidir (IATA Code: 61370040001). Bununla yanaşı FIATA və WCA Inter Global üzvüyük.

Yükünüz üçün ən uyğun
həlli birlikdə tapaq

Tələblərinizi və yükünüzün xüsusiyyətlərini bizə göndərin. Mütəxəssislərimiz sizin üçün ən optimal logistika həllini hazırlasın.

Onlar bizə etibar edirlər


Baku Media Center SOCAR Baker Hughes Prokon Carlsberg Norm Sement Avromed Baku Steel Company